İran Mərkəzi Bankının rəhbərinə hökm oxundu

İran Mərkəzi Bankının rəhbərinə hökm oxundu
 

Paralel.az xəbər verir ki, İranda Mərkəzi Bankın sabiq rəhbəri 10 il həbs cəzası aldı.

Vəliyullah Seif korrupsiyada ittiham edilir.

Bu barədə İran Ali Məhkəmənin rəsmi nümayəndəsi Zəbiyullah Xudaian məlumat verib.

Məlumatda qeyd olunur ki, Mərkəzi Bankının sabiq rəhbəri 159,8 milyon ABŞ dolları və 20,5 milyon avro məbləğində vəsaitin qanunsuz olaraq dövriyyədən çıxarılmasında təqsirli bilinib.

Bununla yanaşı, məhkəmə İran Mərkəzi Bankın sabiq sədr müavini Seyid Əhməd Araqçını da xarici valyutada olan vəsaitlərilə bağlı qanunsuz əməliyyatlara görə səkkiz il azadlıqdan məhrum edib.
Akif Nəsirli

0.020492076873779