Yol polisi Bakıda reyd keçirdi

Yol polisi Bakıda reyd keçirdi
 

Paralel.az-ın məlumatına görə, Bakıda yol polis əməkdaşları reyd keçirir

Bu gün, 18 oktyabr tarixində paytaxtda yollarda təhlükəsizliyin artırılması üçün profilaktik tədbirlər həyata keçirilir.

Polis əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozan sürücülərlə söhbətlər aparılıb, onlara bu qaydaların pozulması intensiv hərəkət üçün maneə yaratdığı izah edilib.

Bu cür tədbirlər nəticəsində yol polisi sürücülərin məsuliyyətini artırmaqla yanaşı, onları qaydaları pozmaqdan çəkindirmək üçün profilaktik söhbətlər aparmağa çalışır.
Akif Nəsirli

0.06417989730835