Ermənistan parlamentarisi Fransa səfiri ilə statusu müzakirə edib
Paralel.az xəbər verir ki, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Fransanın Ermənistandakı səfiri Anne Louyonla görüşüb. A.Simonyan Fransa ilə əməkdaşlığın daha da dərinləşməsi kontekstində Ermənistan-Fransa əməkdaşlığında əsas körpü olan Fransanın erməni icmasının rolundan bəhs edib: “Simonyan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində yekun və ədalətli həll olunmasının, öz müqəddəratını təyin etmək hüququ əsasında statusunun tanınmasının mümkünlüyünü qeyd edib”.
Nigar