Armen Aşotyan: “Artıq dövlətimiz yoxdur!”

Armen Aşotyan: “Artıq dövlətimiz yoxdur!”
 

Paralel.az xəbər verir ki, erməni siyasətçisi Armen Aşotyan bir sıra açıqlama ilə çıxş edib. Xəbərdə deyilir: “Mübahisəsiz fakt budur ki, artıq dövlətimiz yoxdur. Ermənistan sadəcə, Argentina və Avstraliya arasında latın əlifbası ilə BMT-yə üzv olan ölkələrin siyahısında bir əlifba sırasıdır, bir ritual detaldır, siyasi anlaşılmazlıqdır.

Artıq dövlətimiz yoxdur. Bunun səbəbi isə çox dərindir. Dövlətlər millətlər tərəfindən yaradılır. Artıq Ermənistan Respublikası yoxdur, çünki erməni milləti də yoxdur.

Bu gün bir millət yerinə, 29.000 kv.km-də erməni əhalisi, bioloji əhali yaşayır. Belə əhalinin isə ən yaxşı halda, ərazisi ola bilməz. Başqa sözlə, ermənilər artıq siyasi varlıq deyil, tezliklə Qırmızı Kitabda yer alacaq bir etnoqrafik növdür. Və heç bir dövlət yoxdur, çünki onu yaradan insanlar sadəcə, yoxa çıxıb”.

Nigar

0.083331108093262