İran İngiltərə vətəndaşının cəzasını artırdı
Paralel.az xəbər verir ki, İranda həbsdə olan Britaniya vətəndaşı olan qadına daha bir il həbs cəzası verildi və ölkədən çıxışına qadağa qoyuldu.
İran əsilli Britaniya vətəndaşı Nazənin Zağerinin vəkili Höccət Kermani deyib ki, müvəkkilinin ilkin məhkəmə qərarı Tehran Apellyasiya Məhkəməsi tərəfindən eynilə qüvvədə saxlanılıb.
İranın o vaxtkı şahı Pəhləvinin İngiltərədən silah və hərbi texnika alınması üçün Britaniyaya ödədiyi 1.5 milyard dollarlıq müqavilə İslam İnqilabının hakimiyyətə gəlişindən sonra dondurulub. Hazırda rəsmi Tehran həmin məbləğin geri qaytarılmasını tələb edir.
Tehran və London arasında yaşanan bu siyasi böhrana görə uzun müddətdir Tehran zindanında saxlanılan Nazənin Zağeri də bu siyasi çəkişmənin qurbanına çevrilib.
Akif Nəsirli