Ermənistanda dövlət yoxdur - erməni siyasidən idda

Ermənistanda dövlət yoxdur - erməni siyasidən idda
 

"Ermənilər siyasi məxluq deyil, etnoqrafik alt növlərdir"

Ermənistanın Respublika partiyasının sədr müavini Aşotyan Armen deyib: "Danılmaz faktdır ki, artıq bizdə dövlət yoxdur. Ermənistan - sadəcə BMT-nin üzv ölkələri siyahısında Argentina ilə Avstraliya arasında olan bir siyasi anlaşılmazlıqdır, əlifba indeksidir.

Artıq dövlət yoxdur, tək kapitulyasiya aktını imzalayan şəxsə görə deyil bu. Səbəb daha dərindir.  Dövlətlər millətlər tərəfindən yaradılır. Artıq Ermənistan Respublikası yoxdur, çünki erməni milləti yoxdur. Millət əvəzinə 29 min kvadrat kilometr ərazidə erməni xalqı, bioloji bir əhali yaşayır. Qısası, ermənilər siyasi məxluq deyil, etnoqrafik alt növlərdir və bu templə tezliklə Qırmızı kitaba düşücəklər. Dövlət isə ona görə yoxdur ki, onu yaradan xalq yoxa çıxıb".
-Akif Nəsirli

0.023898124694824