İranda ərzaq böhranı
Paralel.az xəbər verir ki, İranın 8 vilayəti ərzaq çatışmazlığı təhlükəsi ilə üz-üzədir.
İran Səhiyyə Nazirliyinin rəsmisi Zəhra Abdullahi İranda 8 vilayətin qida çatışmazlığı təhlükəsi ilə üzləşdiyini deyib.
Zəhra Abdullahi deyib ki, Sistan, Bəluçistan, Kohgiluye, Boyerəhməd Xuzistan, Hormozqan, İlam, Kerman, Cənubi Xorasan və Buşehr kimi vilayətlərdə ərzaq bohranı özünü daha çox göstərir.
Onun sözlərinə görə, korona böhranı, habelə, infilyasiya və qiymət artımı ölkədə məhsul qıtlığıına gətirib çıxarıb.
Akif Nəsirli