Osman Gündüz yazır...
SOCAR-la bağlı hansısa tədbirlərdə bu qurumun İT və kommunikasiya layihələri haqqında tənqidi fikir bildirərkən adətən məlumatsız olmağımı diqqətə çatdırırdılar.
Bu gün SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi və Caspian İnnovation Center qurumlarında oldum, İT layihlərlə daha yaxından tanış oldum.
Quruda və dənizdə olan, yerli, regional və qlobal qurumları və resursları özündə birləşdirən, alternativlər üzərində "oturan" nəhəng bir İT və telekommunikasiya infrastrukturu qurublar.
Belə anladım ki, SOCAR Azərbaycan üçün nədirsə 15 il ərzində formalaşdırılan bu rəqəmsal infrastruktur da SOCAR üçün hər şeydir.
Müxtəlif təyinatlı beynəlxalq rəqəmsal həllər SOCAR--ın lokal və qolbal infrastrukturunda uğurla tətbiq olunur.
İBM- lə yolları ayrılsa da son zamanlar data əsaslı həllərin, süni intellekt həllərinin hazırlanmasına fokuslanıblar.
Azəriqaz-ın rəqəmsallaşması istiqamətində atılan addımlarıı yetərli hesab etməsəm də, bu sahədə yaxınlarda ciddi rəqəmsal həllərin olacağını bildirdilər.
Yaxın müddətdə İT infrastrukturu daha da yeniləməyi, SOCAR-ın rəqəmsal transformasiyasını gücləndirməyi nəzərdə tutublar, yeni Data Mərkəz qururlar.
Paralel.az