Paşinyan mina xəritələrindən bəhs edib

Paşinyan mina xəritələrindən bəhs edib
 

Paralel.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bütün erməni məhbusların geri qaytarılması müqabilində mina sahələrinin xəritələrini Azərbaycana verməyə hazır olduğunu bəyan edib. O, MDB Dövlət Başçıları Şurasının iclasında bu barədə danışıb.

Paşinyanın sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan başçılarının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 8-ci bəndinə baxmayaraq, Azərbaycan hələ də bütün erməni əsirləri, girovları və digər saxlanılan şəxsləri geri qaytarmayıb: “Bu, tamamilə humanitar bir məsələdir və biz ilkin şərtlər olmadan, onun erkən həllinə ümid edirik. Bu kontekstdə əmin etmək istəyirəm ki, Ermənistan Azərbaycan silahlı qüvvələrinin arxasında olan mina sahələrinin xəritələrinin Azərbaycana köçürülməsini başa çatdırmağa hazırdır”.

Nigar

0.017616987228394