Zaxarova: “Hər iki tərəfi humanitar sahədəki qıcıqlandırmaları aradan qaldırmağa çağırırıq”

Zaxarova: “Hər iki tərəfi humanitar sahədəki qıcıqlandırmaları aradan qaldırmağa çağırırıq”
 

Paralel.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bir sıra məsələdən bəhs edib. O deyib ki, məsuliyyət bölgələrində insidentlərin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Rusiya sülhməramlıları Ermənistan və Azərbaycan Silahlı Qüvvələri baş qərargahları ilə davamlı əlaqə saxlayır: “Üç ölkə liderlərinin bəyanatlarının bütün müddəalarına ciddi riayət edilməsi vacibdir. Biz hər iki tərəfi humanitar sahədə mövcud olan qarşılıqlı qıcıqlanmaları ən qısa zamanda aradan qaldırmağa, “hər şey hamı üçün” formuluna və mina sahələrinin xəritələrinə görə əsirləri dəyişdirməyə çağırırıq”.

Zaxarova ruhani liderlərin görüşünə də toxunaraq, bu təmasların on illərdir davam etdiyini söyləyib: “Onlar güvənləri ilə fərqlənirlər. Bu, ən azı, özləri verdikləri qiymətləndirmələrdən irəli gəlir. Əlbəttə ki, bunun bənzərsiz bir format olduğunu və tərəflər arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə və dinlərarası dialoqun inkişafına töhfə verdiyini görürük”.

M.Zaxarovanın sözlərinə görə, Moskvada keçirilən görüş Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və etimadın gücləndirilməsinə, təcili humanitar problemlərin həllinə, mədəni və dini inancların qorunması da daxil olmaqla Zaqafqaziyada ümumi vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.

Nigar

0.013700008392334