Armen Qriqoryan: “Ermənistan heç vaxt respublika ərazisindən keçən dəhliz məsələsini müzakirə etməyib və etməyəcək”

Armen Qriqoryan: “Ermənistan heç vaxt respublika ərazisindən keçən dəhliz məsələsini müzakirə etməyib və etməyəcək”
 

Paralel.az xəbər verir ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Tasnim xəbər agentliyinə müsahibə verib. O deyib ki, Ermənistan dəhliz məsələsini müzakirə etmir: “Amma Azərbaycan və Türkiyənin onlardan istifadə etməsi üçün Ermənistan yol açmağa hazırdır. Ermənistan heç vaxt respublika ərazisindən keçən bir dəhliz məsələsini müzakirə etməyib, müzakirə etmir və müzakirə etməyəcək”.

Qriqoryan bölgə yollarının və iqtisadi marşrutlarının blokdan çıxarılmasının 2020-ci ilin üçtərəfli bəyanatında qeyd edildiyini, yanvarın 11-də Moskvada keçirilən Ermənistan, Rusiya, Azərbaycan liderlərinin üçtərəfli görüşündə də müzakirə edildiyini deyib: “Əminliklə vurğulamaq istəyirəm ki, nə bu iki bəyanatda, nə də görüşlər zamanı dəhlizdən bəhs edilir. Əksinə, Azərbaycan dəhliz məsələsinin müzakirə edildiyini dəfələrlə bəyan edib.

Ermənistan Azərbaycan və Türkiyənin bu yollardan istifadə edə bilməsi üçün yollar açmağa hazırdır. Ancaq bütün bu yollar Ermənistanın suveren nəzarətində olacaq”.

Nigar

0.017648935317993