Aftafalı mollalar
Nə gizlədim, doğrusu bugünə qədər elə bilirdim İranın bizə ancaq bəzəkli və müxtəlif formada-ölçüdə aftafa göndərməsi 1990-cı illərdən yaranmış söz-söhbətlərdir. Hərçənd o illər özüm də bunun şahidi idim.
Onlar bizə saqqız və aftafa, bizim quldurlar da İrana metallom adı ilə mis və dəmir satırdı. Hətta kimlərin bu işlə məşğul olduğunu da xatırlayıram, sadəcə indi köhnə palan içi tökməyin əhəmiyyətsiz olduğunu düşünüb konkret adlar çəkmək istəmirəm. Axı bizim mövzumuz AFTAFADIR. Mənə indi bəlli olur ki, bu aftafa məsələsi çoxdan gündəmdə imiş. Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə hələ ötən əsrin əvvəllərində aftafadan bəhs edərək yazırdı ki; “Qardaş bu İran nəmənə şeydirsə aftafasın əlinə alıb Arazı keçən, gəlib bizə din dərsi öyrətməyə çalışır. Amma dərindən baxanda görürsən ki, bu zatların hamısı dələduz, fırıldaqçı və millətin kürəyinə yapışmış Molla zəlilərdir.” Təəssüf ki, müdriklərimizin 100 il əvvəl İran dövlətinə verdiyi bu dəqiq qiymətdən həmişəki kim biz vaxtında nəticə çıxarmadıq və üstəlik Ocaqnejati kimi fırıldaqçıya burda bina ayırıb ölkəmizin əleyhinə dini təfriqə ilə məşğul olmasına, cəsusluq etməsinə şərait yaratdıq. Nəticədə İranın dövlətimizə yönəlik AFTAFA SİYASƏTİ bugün az qala cəmiyyəti iki qütbə ayırıb.
Hesab edirəm ki, gələcəyimizi qurarkən mütləq keçmişimizə də nəzər yetirməyimizdə fayda var, xüsusilə yaxın qonşularla münasibətdə.
Səma