İran parlamentinin qapalı iclası...
"İran İslam Respublikasının əlaqədar qurumlarında Qafqaz və Azərbaycan Respublikasına dair problemlərdə çox realist bir qavrama var”.
Paralel.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Mahmud Abbaszadə Meşkini bildirib.
Onun sözlərinə görə, oktyabrın 13-də komissiya üzvləri, parlament sədrinin müavini Əli Nikzad ilə birgə bir toplantı keçiriblər. İran Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyyid Əliəkbər Ocaqnejad Və İranın Azərbaycandakı səfiri Abbas Musəvi, habelə hadisələrlə əlaqədar kəşfiyyat Nazirliyinin bir sıra rəsmisi və qafqazşünas da iclasa qatılıb.
Mahmud Abbaszadə əlavə edərək deyib: "Həmçinin İranın Azərbaycan Respublikasındakı səfirliyi sabiq işçiləri , o cümlədən keçmiş səfir Əhəd Qəzayi də toplantıya dəvət olunub”.
Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözcüsü qeyd edib ki, iclasda Qafqazda baş verən hadisələr ətraflı müzakirə edilib: "Ümumən Qafqazda və Azərbaycan Respublikasında baş verən hadisələr əlaqədar qurumlarda çox realist şəkildə qavranılır. Bunun sayəsində hesabla və təhlillər bölgənin gələcəyi və İran İslam Respublikasının qonşuları, xüsusi ilə Azərbaycan Respublikası ilə münasibətləri haqqında aydın fikir yaradır. Ümid edirəm ki, bu cür görüşlər davam etdiriləcək və onların nəticələri İranın Qafqaz siyasəti və İranın Qafqazdakı qonşuları xüsusilə də Azərbaycan Respublikası ilə bağlı strateji sənədlərin imzalanmasına kömək edəcək”.
Akif Nəsirli