İran sərhədləri boyunca müharibə qızışdiran qüvvələrin yerləşdirilməsinə imkan verməyəcək
Paralel.az İRNA agentliyinə istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan dünən Ermənistanda işgüzar səfərdə olan İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerini qəbul edib.
Məhəmməd Cəfər Montazeri salamlayan Baş nazir, Ermənistan hökumətinin İranla hüquq -mühafizə sahəsində də əlaqələrini və tərəfdaşlığını gücləndirdiyini qeyd etdi: “Baş Prokurorluqlarımız arasında olduqca səmərəli əməkdaşlığın qurulduğunu bildirməkdən məmnunam. Əlbəttə ki, Ermənistan ədalət sahəsində əməkdaşlığı inkişaf etdirməyə və dərinləşdirməyə hazırdır və sizin səfəriniz bu istiqamətdə yaxşı bir fürsətdir. İran prezidenti ilə görüşlər zamanı bütün şöbələrimizin bir-biri ilə sıx əməkdaşlıq qurması barədə razılığa gəldik".
Məhəmməd Cəfər Montazeri də öz növbəsində dost Ermənistana səfərinin Ermənistanın Baş prokurorunun İrana səfərinə cavab olduğunu qeyd etdi: "Əlbəttə ki, pandemiya səbəbindən bu səfər bir qədər təxirə salındı, bir az sonra baş verdi. .Ermənistana səfərimdən 2-3 gün əvvəl İran İslam Respublikasının Prezidenti cənab İbrahim Raisi ilə görüşdüm. Sizə səmimi salamlarını çatdırmağı xahiş etdi, sizə tərif sözləri söylədi və görüşün çox yaxşı və məhsuldar olduğunu bildirdi".
.Məhəmməd Cəfər Montazeri İranın qonşuları ilə münasibətlərdə yaxşı qonşuluq siyasətini rəhbər tutduğunu, lakin heç vaxt sərhədləri boyunca müharibə törədən terrorçuların və qüvvələrin yerləşdirilməsinə icazə verməyəcəyini vurğuladı.
İranın baş prokuroru qeyd edib ki, İran Ermənistanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır. O, iki ölkə arasındakı dostluq münasibətlərinin regional çağırışlara qarşı durmaq və lazımi həll yollarını tapmaq üçün yaxşı bir əsas olduğunu vurğuladı.
.Məhəmməd Cəfər Montazeri "Biz ölkələrimizin xeyrinə Ermənistanla əlaqələri inkişaf etdirməkdə maraqlıyıq" dedi.
Öz növbəsində, Ermənistanın Baş naziri Ermənistanla İran arasında iqtisadi sahədə əməkdaşlığın inkişafına yeni bir təkan verməyin, xüsusilə də elektrik enerjisi qarşılığında qazla bağlı müqavilənin uzadılmasının vacib saydığını vurğuladı. Bununla yanaşı Paşinyan t3-cü yüksək gərginlikli elektrik verilişi xəttinintikintisono başa çatdırmağı, Meghri SES proqramının həyata keçirilməsini, Meghri azad iqtisadi zonasının potensialının tam şəkildə həyata keçirilməsini də vacib məsələlər sırasında sadaladı.
P.S. Buyurun, bu da İran və Ermənistan qardaşlığının perspektivləri. İran xrestian Ermənistanı hər vəchlə tək qoymayacağını vurğulayır, müsəlman Azərbaycanla isə hədə və təhdid dili ilə danışır.
Akif Nəsirli