Türk dünyası Azərbaycandan qidalanır

Türk dünyası Azərbaycandan qidalanır
 

Dünya Turanın doğuşunu gözləyir

 Saxta islam maskası cırıldı saqqalın altından xaç çıxdı

 Tarixdən bilirik ki, 1747-ci ildə Nadir Şahın düşmənlər tərəfindən zəhərlənib, öldürülməsindən sonra Azərbaycan dövləti dərin tənəzzülə düçar olub. Bütün Qafqaz bölgəsindən Hindistana qədər böyük ərazini əhatə edən Azərbaycan Türk dövləti daim Rusiyanın onun düşmənçilik məqsədinə xidmət edən fars, erməni digər Türk düşmənlərinin şovinist maraqlarının hədəfinə çevrilib.

 Bu tarixi prosesdə dünya Türklərinin özlərinin aralarında baş vermiş, nəticəsi düşünülməmiş mənasız daxili çəkişmələr düşmənlərin əlinə işlədiyini tarix çoxdan sübut edib...

1747-ci ildən başlayan, 1813 1828-ci illərdə 2 yerə bölünməklə davam edən, çarizmin dağılması ilə 1918- ci ildə müstəqillik qazansa da, 1920-ci ildə yenidən rus bolşevik işğalına məruz qalan Azərbaycan dövləti daha 70 il SSRİ adlanan şər imperiyasının tərkibinə zorla qatıldı.

Nəhayət, SSRİ-nin ermənipərəst baş katibi M. Qorbaçovun başladığı "yenidənqurma" SSRİ-nin çoxdan gözlənilən dağılma prosesinə start verdi.

İmperiyanın tərkibində olan xalqlarla bərabər Azərbaycan xalqı da azadlıq, müstəqillik uğrunda mübarizənin ön cərgəsində yer aldı.

Ruslar Azərbaycanı əsarətdə saxlamaq üçün 1923- ildə ölkəmizin tərkibində yaratdıqları "DQMV" adlı saxta qurumda yaşayan erməniləri hərəkətə keçirdilər.

Lakin Azərbaycan xalqı rusların yaratdıqları bütün əngəl maneələrə, hərbi təcavüzə , Moskvanın Dağlıq Qarabağda yaratdığı ərazi iddialı rejimlərlə razılaşmadı meydanlara axdı. Bakının Azadlıq Meydanı qazan kimi qaynadı, xalq azadlıq təşnəsinə elə tutulmuşdu ki,  ölümdən belə qorxmurdu.

Elə bu zaman M. Qorbaçov  xəbərdarlıq etmədən gecəyarısı Bakıya SSRİ-nin ən ağır hərbi texnikasını yeritdi. Tərkibi əsasən erməni zabitlərdən ibarət olan cinayətkar xunta əliyalın silahsız insanlara xalqa atəş açaraq 130-dan çox insanı qətlə yetirdi, minlərlə insanı şikəst əlil etdi, insanlığa qarşı ağır cinayət etməkdən çəkinmədi.

Əslində, düşmən 1990- il 20 yanvar faciəsilə xalqımızın azadlıq əzmini qırmağa çalışsa , əksinə bu təcavüzü ilə xalqımızın azadlıq atəşini daha da alovlandırdı. Bu alov öz son məqsədinə yetişdi 18 oktyabr 1991-ci ildə çox çətin ağır insan itkilərindən sonra Azərbaycan 70 il əvvəl itirdiyi müstəqilliyini bərpa etdi.

Atalardan yaxşı bir məsəl qalıb: "it əl çəkir, motal əl çəkmir".

Yəni Rusiya İran əl çəkmədilər, erməni formasında 1991-1993- illərdə torpaqlarımızın 20 faizini işğal etdilər, 30 mindən çox insan şəhid oldu, bir milyondan çox vətəndaşımız qaçqın köçkün duruma düşdü...

Minsk Qrupu deyilən "xristian klubu"na daxil olan ABŞ, Fransa, Rusiya 30 il ərzində BMT -nin qəbul etdiyi 4 qətnaməni yerinə yetirmək əvəzinə ermənilərə dəstək verdilər. Azərbaycana dağ üstündən dağ çəkməklə məşğul olan Türk islam düşmənlərinin sırasında tək xristian ölkələri olsaydı, adama pis təsir etməzdi. Xalqımıza pis təsir edən İran kimi özünü islam dövləti adlandıran, 40 milyondan çox türkü 2 əsrdir istismar edən hazırda mollaların 42 ildir qurduğu Fransa Rusiyaya xidmət edən İran rejiminin Ermənistanın yanında qulluğunda durmasıdır...

Bir il öncə isə Azərbaycan əleyhinə Ermənistan ətrafında  birləşmiş düşmən cəbhəsindəki  dövlətlər Azərbaycana qarşı yeni işğalçılıq siyasətinə baş vurdular. Ermənistanı yenidən hərbi təxribatlar törətməyə sövq etdilər. Bu zaman düşmənlər Azərbaycanın hansı böyük gücə malik olduğundan bixəbər idilər.

27 sentyabr 2020-ci ilədək Azərbaycana qarşı hər cür alçaqlığa əl atan düşmənlər qarşısına çıxan hərbi gücün qarşısında aciz qaldı işğal etdiyi əraziləri döyüşdüyü silahı atıb qaçmaqdan başqa çıxış yolu tapmadı.

Vətən torpaqlarının azadlığı uğrunda Ermənistanla başlanmış 44 gün davam edən ölüm-qalım müharibəsində Azərbaycan xalqı ordusu, ordunun Ali Baş Komandanı həm döyüşdə, həm dünyada misli bərabəri olmayan birlik həmrəylik nümayiş etdirərək, qardaş Türkiyə Pakistanın mənəvi dəstəyilə düşmən ordusunu darmadağın etdi!

Tarix göstərdi ki, düşmən Ermənistan ordusunun bu ağır kapitulyasiyası tək Ermənistan ordusunun yox, eyni zamanda, bütün Türk düşmənlərinin ağır məğlubiyyətlərinin başlanğıcıdır!

Ermənistanın kölgəsində gizlənmiş düşmənlərin sırasını tam müəyyən etmək çətin olmadı. Bu sırada İranı görməkdə heç kimi təəccübləndirmir. Azərbaycana bütün Türk dünyasına İranın hansı düşərgədə yer aldığı çoxdan bəlli idi. Sadəcə, bu dəfə onun geydiyi saxta islam maskası cırıldı saqqal altından xaç çıxdı...

Azərbaycan qardaş Türkiyə Pakistan dövlətlərilə əl-ələ verərək bundan sonra Turan ordusunu qurmağa başladığını ard-arda həyata keçirilən hərbi təlimlərlə dünyaya bəyan edir. Zəngəzur dəhlizi açılacaq Türk dünyasını birləşdirəcək bu yolun qarşısını heç bir güc kəsə bilməyəcək...

 Tapdıq Abbas

0.020748853683472