İranlı sürücülər sərbəst buraxıldı
Paralel.az xəbər verir ki, İranın "Mehr" agentliyinin məlumatına görə, Azərbaycan tərəfi Gorus-Qafan yolunda saxladığı iki İran vətəndaşını sərbəst buraxıb. Onlar Azərbaycan torpaqlarına qeyri-qanuni keçməyə cəhd edən yük maşınlarının sürücüləri idilər.
Qeyd edək ki, dünən Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı baş tutmuşdu.
Akif Nəsirli