İran Səudiyyə Ərəbistanı ilə razılaşdı

İran Səudiyyə Ərəbistanı ilə razılaşdı
 

Paralel.az İRNA.agentliyinə istinadən xəbər verir ki, İran və Səudiyyə Ərəbistanı arasında konsulluq fəaliyyətlərinin qarşılıqlı bərpası barədə razılıq əldə olunub.

Agentliyin yazdığına görə, yaxın həftələrdə ölkələr arasındakı münasibətlərin normallaşdırılması da mümkündür.

Qeyd edək ki, indiyədək bu istiqamətdə Tehran və Ər-Riyad arasında beş mərhələdən ibarət danışıqlar baş tutub.

Xatırladaq ki, iki dövlət arasındakı münasibətlər 2015-ci ilin mart ayında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəməndə “Ənsər Allah” (husilər) hərəkatına qarşı hərbi əməliyyatlara başlamasından sonra daha da kəskinləşib.
Akif Nəsirli

0.14357995986938