Covid-19 peyvəndləri necə immunitet təmin edir?
"Qısacası, bunu bilmirik, çünki onlar çox yenidir", - Neal deyir.
İndiyə qədər mövcud Covid-19 peyvəndləri, ilk növbədə, yoluxmaların qarşısını almaq qabiliyyəti baxımından qiymətləndirilməyib - baxmayaraq ki, bu, hazırda onların bir çoxu üçün əhəmiyyət baxımından ikinci dərəcəli meyar sayılır.
Bunun əvəzinə, onların effektivliyi simptomların inkişafına mane olub-olmaması prizmasından qiymətləndirilib.
"Bu o deməkdir ki, hədəflərimiz bir növ praktik olaraq təyin edilib," - London İmperial Kollecinin immunologiya professoru Danny Altmann deyir.
Alimlərə məlumdur ki, Covid-19-a təbii yolla yoluxanlarda əmələ gələn anticisimlər həmin insanları təkrar yoluxmadan heç də həmişə qorumur.
Britaniya səhiyyə işçilərinin apardıqları bir araşdırmaya əsasən, tədqiqat başlayanda bədənində anticisimlərin mövcud olanların 17 faizi təkrar olaraq infeksiyaya yoluxub.
Bu halların təxminən 66 faizi asimptomatik olub, lakin virus daşıyıcısı olanlarda xəstəlik simptomlarının özünü göstərməsi mütləq şərt deyil.
"Belə bir virus üçün olduqca çox vaksinin tələb olunduğunu düşünürəm, - Altmann deyir. "Bunu etmək həqiqətən çətindir."
Xoşbəxtlikdən, bu, hekayənin sonu deyil.
Bəzi peyvəndlərin infeksiyanı tamamilə ləğv etməsə də, onun yoluxdurma gücünü azalda biləcəyinə dair bir sıra əlamətləri var. Bunun bir yolu da insan bədənindəki viruslu hissəciklərin sayını azaltmaqdır.
"Çox güman ki, peyvənd insanın xəstələnmə dərəcəsəni azaldırsa, demək həmin insanda xəstəlik nəticəsində əmələ gələn virusların sayı da azalır və onlar daha az yoluxucu olmalıdırlar, lakin bu, bir nəzəriyyədir," - Neal qeyd edir.
Sterilizasiyaedici immuniteti təyin etmək də çətin bir məsələdir. Əksər klinik tədqiqatlar peyvəndlərin virusun yayılmasının qarşısını alıb-almadığını yoxlamadığından, alimlər hazırda peyvəndin infeksiyanın yayılma əmsalına necə təsir etdiyini tədqiq edirlər.
Britaniyada peyvəndlər təsirli olacağı təqdirdə, vaksinasiyanın ilk növbədə aparıldığı ahıllara qayğı göstərilən evlərdə yoluxma hallarının azalacağını gözləmək olar.
Ancaq burada müəyyən problem var.
"İki amil var, - Neal deyir. - Karantin və peyvənd. Yəni onları ayırmaq əslində olduqca çətindir. Əsas təsiri peyvənd göstərir? Yoxsa karantin, yoxsa hər ikisi ?"
Mövcud peyvəndlərin virusun insandan-insana keçməsinin qarşısını almaq qabiliyyəti haqqında indiyə qədər bildiyimiz müəyyən məlumat var. (Ancaq əvvəlcə çaşqınlığa varmamaq üçün onların simptomların qarşısını almaq və ya insanları xəstəlikdən qorumaq qabiliyyəti haqqında məlumat daxil edilməyib.)
Oxford-AstraZeneca
Məlum olub ki, peyvənd meymunları ciddi xəstəliklərdən qorusa da, ilk növbədə Covid-19-a yoluxmaların qarşısını almayıb.
Peyvənd olunmuş meymunların, peyvənd olunmamış qrupa nisbətən ağciyərlərində daha az virus hissəcikləri olmasına baxmayaraq, yoluxma ehtimalı hər iki qrupda təxminən eyni idi.
Müəlliflər qeyd ediblər ki, sınağın nəticələri peyvəndin virusun yayılmasının qarşısını almadığını, "lakin eyni zamanda xəstəliyi əhəmiyyətli dərəcədə azalda bildiyini" göstərib.
İnsanlar üzərində isə III mərhələ sınaqlarının nəticələri bir qədər daha mürəkkəb mənzərə yaradıb.
Oxford-AstraZeneca peyvəndinin sınağı zamanı iştirakçılara iki doza yeni peyvənd və ya plasebo - bu halda meningit peyvəndi - vurulub və bundan sonrakı bir neçə həftə müddətində onlarda hər hansı bir simptomun inkişaf edib-etmədiyini aşkarlamaq üçün müşahidələr aparılıb. O cümlədən, simptomsuz keçən infeksiyaları yoxlamaq üçün iştirakçılardan hər həftə burun və boğaz yaxma testindən də keçmək istənilib.
2021-ci ilin yanvarında dərc olunan bu nəticələrə görə, nisbətən gənc olan iştirakçılar qrupunda yarım doza və sonra standart doza alanlar arasında infeksiyaların qarşısının alınması etibarı ilə peyvəndin effektivliyi 59 faiz olub. Bununla belə, iki tam doza peyvənd qəbul edənlər arasında isə bu rəqəm cəmi 4 faiz olub. Tədqiqatın gedişatında peyvəndin xəstələrin ciyərlərindəki viruslu hissəciklərin sayına necə təsir etdiyi nəzərə alınmayıb.
Müəlliflərə görə, yarı doza verilən qrupdakı infeksiya sayının və nəticədə virusun yoluxuculuq potensialının azalması ümidverici bir haldır və əldə olunmuş nəticələri təsdiqləmək üçün əlavə məlumat bazasının genişləndirilməsinə ehtiyac var.
Növbəti bir ay müddətində keçirilmiş tədqiqatların nəticələri fevralın 1-də dərc olunub.
Tədqiqatçılara görə, peyvəndin bir standart dozasından sonra müəyyən oluna bilən virusa yoluxma hallarının sayı 67 faiz azalıb və bu, "virusun transmissiyasının əhəmiyyətli dərəcədə azalma potensialını" göstərır.
Pfizer-BioNTech
Pfizer-BioNTech peyvəndinin insanların koronavirusa yoluxmasının qarşısını ala biləcəyi və bu səbəbdən də yayılmasını dayandıracağı barədə hələ heç bir qəti dəlil yoxdur.
Ancaq bunun ola biləcəyinə işarə edən bəzi əlamətlər var.
Yanvar ayının əvvəlində Pfizer-in icraçı direktoru Albert Bourla, heyvanlar üzərində tədqiqatın virus transmissiyasından peyvəndin əhəmiyyətli dərəcədə qorunmanı təmin etdiyini göstərdiyini, lakin bunun insanlarda sübut olunmadığını söyləyib.
Sonra İsraildə keçirilmiş kiçik bir sorğu göstərib ki, iki doza peyvənd almış 102 tibb işçisindən yalnız ikisində "az" miqdarda anticismlər əmələ gəlib.
Digər 98 faizdə anticisimlərin miqdarı Covid-19-a yoluxmuş insanlarda əmələ gəldiyindən daha çox olub. Araşdırma rəhbəri bildirib ki, bu cür güclü immunitet reaksiyası insanların virus daşıyıcısı olmalarının və ya xəstəliyin yayılmasının qarşısını alacağını ehtimal etməyə əsas verir.
Bununla belə, bu nəticələri təhlil edərkən iştirakçıların sayının az olması və tədqiqatın resenziya olunan elmi jurnalında dərc olunmaması diqqətdən yayınmamalıdır.
Bu yaxınlarda İsrail Səhiyyə Nazirliyi ölkədəki bir milyon insanın sağlamlıq qeydlərini nəzərdən keçirərək aşkar edib ki, tam peyvənd olunduqdan bir həftə sonra - 715425 nəfərdən yalnız 317-də koronavirus testi pozitiv çıxıb.
Amma yenə də qeyd olunmalıdır ki, bu bir klinik sınaq olmayıb - müqayisə üçün peyvənddən keçməyən nəzarət qrupu olmayıb, alınan nəticə isə başqa amillərlə də bağlı ola bilərdi - misal üçün, dekabr ayında tətbiq olunan karantin rejimi ilə. Ancaq infeksiya əmsalı digər yerlərdəkindən xeyli aşağı idi (0,04 faiz, amma misal üçün İngiltərədə 23 yanvarda bitən həftədə insanların 1,87 faizinin virusa yoluxduğu təxmin edilib).
Ölkənin daxili səhiyyə provayderi - Maccabi Healthcare Services tərəfindən keçirilən bir araşdırma da oxşar ürəkaçan nəticələr aşkar edib. Tam peyvənd kursu keçmiş 163000 insandan yalnız 31 nəfəri virusa yoluxub, peyvənd olunmamış eyni saylı qrupda isə infeksiyaya yoluxanların sayı 6500 nəfər olub.
Moderna
Bu, peyvəndin ilk dozadan sonra asimptomatik halların üçdə ikisinin qarşısını ala biləcəyini göstərir. Bununla belə, bu ilkin araşdırmada məhdudiyyətlər də olub - testi müsbət çıxanların sayı az olub, buna görə də proqnoz dəqiq olmaya bilər. Tədqiqatın nəticələri resenziya olunan elmi jurnalda dərc olunmayıb.
Novavax
Ancaq noyabr ayında bəzi ilkin nəticələr alimləri ümidləndirib.
Şirkət rezus makakalar üzərində tədqiqatlar zamanı kifayət qədər yüksək dozada peyvənd verildikdə, virusun tamamilə yayılmasının qarşısını aldığını aşkar edib. Əldə olunmuş nəticələr bu peyvəndi digər primatlardakı asimptomatik transmissiyanın tamamilə qarşısını ala bilən eksklüziv peyvəndlər klubuna yolunu açır - ümid verən odur ki, meymunların tənəffüs fiziologiyası insan tənəffüs fiziologiyasına bənzəyir.
İndi alimlər bu peyvəndin sterilizasiyaedici immunitet əmələ gətirib-gətirməyəcəyini sınaqdan keçirməyə hazərlaşırlar.
Natamam kollektiv immuniteti
"Peyvəndlər transmissiyanı tamamilə dayandırmazsa, kollektiv immunitet həddinə çatmaq üçün və yoluxma hadisələrinin sayını sıfıra yaxınlaşdırmaq üçün vaksin olunan insanların sayı artırılmalıdır," - Southampton Universitetinin qlobal sağlamlıq üzrə baş tədqiqatçı Michael Head deyir.
O deyir ki, kollektiv immunitet həddinin nə olduğu hələ aydın deyil, çünki ona nə təbii infeksiya yolu ilə, nə də peyvənd yolu ilə hələlik nail olunub.
Kollektiv immunitet kifayət sayda insanın immuniteti olduğu halda populyasiyanın infeksion xəstəliyə qarşı kənar yolla qazandığı immunitetdir.
Buna nail olmaq üçün lazım olan hədd virusun çoxalma göstəricisi və ya "R" əmsalından - hər daşıyıcının orta hesabla neçə adamı yoluxdurduğunu göstərən rəqəmdən asılıdır. R əmsalı özü də dəyişən bir göstəricidir. Bu göstərici insanın dünyanın hansı yerində yaşadığından, şəraitdən, karantin rejimindən və digər amillərdən asılıdır.
Bu o deməkdir ki, alimlər hətta daha çox bilgi əldə etsələr də, hər yerdə işləyən kollektiv immunitetin qazanılması çətinə düşə bilər, lakin onun parametrlərinin nə ola biləcəyini təxmin etmək mümkündür.
Məsələn, bir hesablamaya əsasən, yoluxmanı tamamilə aradan qaldıran vaksin üçün əhalinin 60-72 faizinin bu kollektiv immuniteti qazanması tələb olunur. Ancaq peyvəndin effektivliyi 80 faizdirsə, insanların 75-90 faizi arasında kollektiv immunitetin olması lazımdır.
Bu, bir çox ölkənin vaksinasiya ambisiyalarından daha yüksəkdir.
Britaniya sentyabra qədər hər yetkin insanın peyvənd olunmasını qarşısına məqsəd qoyub, bu isə 67,5 milyonluq əhalinin 51 milyonu deməkdir - yəni əhalinin 75 faizini təşkil edir.
Lakin alimlərin əksəriyyəti virusun tamamilə aradan qaldırılacağını gözləmir. Hazırda əsas məqsəd transmissiyaların sayını mümkün qədər azaltmaqdır.
"Vaksinasiya keçirilsə belə, kifayət qədər çox sayda həssas insanlar var, - Head deyir. - Beləliklə, hələ də epidemiyalar baş verəcək. Düşünürəm ki, onlar əsasən lokallaşdırılmış olacaq, lakin yenə də narahatlığa və xəstəliklərə səbəb olacaq."
Bəzi alimlər hesab edirlər ki, transmisiyanın qarşısını almaq əhəmiyyətli hədəf deyil, çünki kifayət qədər insan vaksinasiya olunduqdan sonra virusun yaya biləcəyinin əhəmiyyəti yoxdur - hər kəsin immuniteti olacaq.
Bununla belə, vaksinasiyadan keçə bilməyənlər üçün, məsələn hamilə, çox gənc və ya ağır xəstə olanlar üçün bu məsələ kritik ola bilər.
Bu məsələnin cavabı tapılmayana qədər bəlkə də hamımız qulaqdibi xəstəliyinə yoluxan 11 yaşlı oğlanın əhvalatını yadda saxlamalıyıq və özümüzü sanki peyvənd olunmamış kimi aparmalıyıq.
Paralel.az