Politoloq: “Paşinyan məlumatlandırılmaq üçün yenidən Moskvaya çağrılıb”
Paralel.az xəbər verir ki, siyasətçi Karen Köçəryan Nikol Paşinyanın rəhbərliyi dövründə Ermənistanla heç nəyin müzakirə olunmadığını söyləyib: “Paşinyan bir şey barədə məlumatlandırılmaq üçün yenidən Moskvaya çağrılıb. Bu, bir həqiqətdir - açıq olan sadə bir həqiqət. Lazım bilsələr, bu barədə məlumat verəcəklər, lazım görmədikləri halda, verməyəcəklər”.
Erməni mətbuatı xatırladıb ki, Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdə tərəflər 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın icrası prosesini, bölgədə sabitliyin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin bərpası istiqamətində atılacaq addımları və s. müzakirə edəcəklər.
Nigar