Anne Luyo: “Fransa Rusiya və ABŞ-la birgə Qarabağla bağlı uzunmüddətli müqavilə üçün çalışır”

Anne Luyo: “Fransa Rusiya və ABŞ-la birgə Qarabağla bağlı uzunmüddətli müqavilə üçün çalışır”
 

Paralel.az xəbər verir ki, Fransanın Ermənistanda yeni təyin olunmuş səfiri Anne Luyo “Fransanın Rusiya və ABŞ-la Dağlıq Qarabağla bağlı uzunmüddətli müqavilə bağlamaq üçün çalışdığını” söyləyib. O, təfərrüatlar barədə məlumat verməsə də, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən hər üç ölkənin bu prosesdə iştirakını vurğulayıb: “Mən Ermənistanda ATƏT-in Minsk Qrupunun işində iştirak etmirəm. Bir həmkarım var - Fransanın ATƏT-in Minsk Qrupundakı nümayəndəsi Stefan Viskonti. Amma deyə bilərəm ki, Nyu-Yorkda irəliləyiş qeydə alınıb. Biz Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə iki xarici işlər nazirinin (Ermənistan və Azərbaycan) görüşünü təşkil etdik. Bu, kiçik bir addım kimi görünə bilər, amma özlüyündə çox böyük bir addımdır. Ümid edirik ki, bu cür başqa həllər də olacaq.

Sizi əmin edirəm ki, biz Rusiya və Amerikadan olan tərəfdaşlarımızla Qarabağla bağlı daha uzunmüddətli müqavilə bağlamaq üçün çalışırıq. Minsk qrupu Nyu-Yorkda artıq fəallaşmışıb. Biz tək deyilik. Düşünürəm ki, Ermənistan və Azərbaycan da hərəkət etməlidir”.

Nigar

0.016174077987671