Deputat: “Paşinyan cavabdan yayınır”

Deputat: “Paşinyan cavabdan yayınır”
 

Paralel.az xəbər verir ki, erməni deputat Tiqran Abramyan baş nazir Nikol Paşinyana 9 noyabr üçtərəfli bəyanatın müddəalarının icrası çərçivəsində sual ünvanlayıb: “Ondan Artsaxı birləşdirən yeni bir marşrutun yaradılmayacağına zəmanət verib-vermədiyini aydınlaşdırmasını istədim. Paşinyan isə əlində xəritənin və müvafiq icmalar haqqında qeyd aparmağa vaxtının olmadığını əsas gətirərək, cavabdan yayındı. Paşinyana yenidən yazılı sual göndərdim, burda həm sual, həm də konkret məskunlaşmalar aydın şəkildə göstərilirdi.

Məktubuma bu gün cavab aldım, ancaq Paşinyandan deyil, “9 noyabr üçtərəfli bəyanatın 6-cı bəndinin 2 -ci yarımbəndi ilə bağlı danışıqlar olmadığını” deyən xarici işlər nazirinin müavini Vahe Gevorgyandan.

Mənim tələbim üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi nəticəsində, Ermənistan ilə Artsax şəhərlərini birləşdirən yolun dəyişməsi nəticəsində zəmanət almaq idi. Amma Paşinyan belədir, o, zəmanət vermir, yalnız danışıqların hələ baş tutmadığını qeyd edir. Belə çıxır ki, hökumət artıq bu ərazilərin və ya onların bir hissəsinin verilməsinə razılıq verib, ya da gələcəkdə səmərəli danışıqlar aparıb onu Ermənistanın nəzarətinə buraxa biləcəyinə əmin deyil”.

Nigar

0.016696214675903