Prezident təyyarəsindən qanunsuz uçuşlar həyata keçirilib
Paralel.az xəbər verir ki, Ermənistan prezidentinin təyyarəsindən heç bir rəsmi ehtiyac olmadan, dövlət fondu hesabına istifadə edilib. Xəbərdə deyilir: “Vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Prezidentə xidmət etmək üçün verilən təyyarə 2008-2017-ci illərdə yüksək vəzifəli şəxslər tərəfindən idarə edilib və dövlət xərcləri hesabına bir çox lazımsız uçuşlar həyata keçirilib. Göstərilən müddət ərzində bu təyyarənin Almaniyaya - Baden-Badenə bir çox uçuşlar həyata keçirdiyi barədə məlumat var. Eyni zamanda, bəzi uçuşlar müəyyən edilmiş prosedurları pozaraq, Prezident Administrasiyasının əvvəlcədən yazılı müraciəti olmadan təşkil edilib. Faktla bağlı araşdırma aparılır”.
Nigar