Karapetyan Şoyqu ilə hərbi əməkdaşlığı müzakirə edib

Karapetyan Şoyqu ilə hərbi əməkdaşlığı müzakirə edib
 

Paralel.az xəbər verir ki, müdafiə naziri Arşak Karapetyan Şoyqu ilə Ermənistan sərhədindəki vəziyyəti və hərbi əməkdaşlığı müzakirə edib. Xəbərə görə, hər iki müdafiə naziri oktyabrın 11-də Moskvada görüşüb. Qeyd edildiyinə görə, görüş zamanı tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq, Ermənistan sərhədindəki vəziyyət və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Mətbuat xatırladıb ki, Karapetyan avqustun sonunda Moskvaya səfər edərək ordu-2021 hərbi sənaye sərgisinin açılış mərasimində və Beynəlxalq Ordu Oyunlarında iştirak edib. Avqust səfəri zamanı o, Rusiyanın böyük hərbi sənaye şirkətlərinin rəhbərləri ilə bir sıra görüş-müzakirələr keçirib.

Nigar

0.017290115356445