Gürcüstanın baş naziri: “Saakaşvili həbsxanada yarım kilo bal yeyib”
Paralel.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili həbsxanada aclıq aksiyası keçirən keçmiş prezident Mixail Saakaşvilinin səhhətindən danışıb. O bunu şərh edərkən deyib ki, ac qalan adam yarım kilo bal yemir. Xəbərə görə, bazar günü axşam eks-prezidentin şəxsi həkimi Nikoloz Kipşidze keçmiş prezidentin səhhətinin pisləşdiyini açıqlayıb. Həkimin sözlərinə görə, Saakaşvilinin danışması və yeriməsi çətindir. Bundan başqa, onda mediada yazılmayan qan xəstəliyi - talassemiya var. Qaribaşvili deyib ki, bir adam ac olduğunu iddia edəndə, yarım kiloqram bal yeməməlidir: “O, şəxsən öz bank kredit kartından istifadə edərək yeddi qutu bal alıb və yarım kiloqram bal qəbul edib. İxtisaslı həkimlər Saakaşvilinin sağlamlığını hər gün izləyirlər və ona nəzarət edirlər”.
Nigar