Zelenskinin müşaviri: “Putinin qərarı ilə Krım beş dəqiqəyə Ukraynaya qaytarıla bilər”
Paralel.az xəbər verir ki, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Oleksiy Arestoviç “Krımı qaytarmağın” yolunu tapıb. Onun sözlərinə görə, bu, Rusiya Federasiyası rəhbərinin qərarı ilə edilə bilər: “Donbasdakı müharibəni bir zənglə dayandırmaq olar. Rusiya Federasiyası başçısının qərarı ilə Krım beş dəqiqə ərzində işğaldan azad edilə bilər. Və buna görə də bütün şəxsi məsuliyyət onun üzərinə düşür. Ukrayna Rusiyaya münaqişəni həll etmək və “özünü xilas etmək və buradan çıxmaq” imkanı verir”. Bundan öncə də o, gələcəkdə böyük bir regional müharibə olacağı təqdirdə, Kiyevin Krımın hərbi yolla yenidən nəzarətə götürüləcəyini bildirmişdi. O vurğulayıb ki, hazırda Ukrayna siyasi və diplomatik varianta sadiqdir.
Nigar