“İntihar qartalları”nın üzvü persona non-qrata hesab edilib

“İntihar qartalları”nın üzvü persona non-qrata hesab edilib
 

Paralel.az xəbər verir ki, Gürcüstan hakimiyyəti Gagik Ginosyanı persona non qrata elan edib: “Hər iki müharibə iştirakçısı, Leonid Azgaldyanın “Azadlıq Ordusu” azadlıq dəstəsinin üzvü, 1992-ci ildən - “İntihar qartalları” xüsusi təyinatlı dəstənin üzvü, Cavaxkdan olan “Karin” ansamblının qurucusu Gagik Ginosyan Gürcüstanda persona non qrata kimi tanınıb. 44 günlük müharibə zamanı Ginosyanın anası öldü, amma o, cənazəsində iştirak edə bilmədi. Müharibədən sonra da anasının məzarını ziyarət etmək imkanı olmadı, çünki bu ölkə ilə quru sərhədi bağlandı. Sərhəd açılandan sonra o, anasının ildönümündə Cavaxı ziyarət etmək istədi, ancaq Gürcüstan hakimiyyəti ölkəsində arzuolunmaz bir insan olduğunu bildirərək, onun girişini rədd etdi”. Ginosyan deyib ki, bunun səbəbi rəsmi nümayəndələrə belə verilməyib: “Deyirlər ki, bir səbəb vermək məcburiyyətində deyilik, məhkəməyə gedə

bilərsən. İş məhkəməyə gedərsə, bu məhkəmədə iştirak edə bilərəmmi? Mənə deyirlər ki, yox, bir nümayəndəniz var, qoy o da iştirak etsin”. Xəbərə görə, Ginosyan Ermənistanın müvafiq orqanlarına, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə, Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edib, lakin ona eyni cavab verilib: “1 oktyabrda anamın ildönümündə iştirak etmək istədim, təhlükəliyəmsə, məni izləsinlər. Müharibədən sonra bu, mənim üçün şəxsi faciədir. Qeyri-rəsmi şəkildə mənə deyilib ki, bu qərara təxminən 3 ildən sonra yenidən baxılacaq”. Qeyd edilib ki, o, Gürcüstana girişi qadağan edilən yeganə şəxs deyil. Xəbərə görə, milli fikirlərə malik olan ermənilər Gürcüstanda arzuolunmaz hesab olunur: “Milli düşüncəsi, milli ideologiyası olan insanların Cavaxkaya girməsi qadağandır. Bu, Gürcüstan hakimiyyəti tərəfindən türkpərəst mövqeyin ifadəsidir. Bu, gürcü xalqının deyil, gürcü hakimiyyətinin mövqeyidir. Bu, ilk dəfə deyil. Bu siyasətin geniş məqsədləri var. Girişinə icazə verilməyən insanların siyahısına baxsanız, onlar akademiklər, elm adamları və mədəniyyət xadimləridir. Bu cür məhdudiyyətlərlə,

Ermənistan-Gürcüstan dostluğunun ən güclü körpüsü sadəcə, “minalanıb”.

Nigar

0.017163991928101