Qanı bayrağa hopan şəhid
Bu gün 2016-cı ilin Aprel savaşında və Vətən Müharibəsində könüllü iştirak edən şəhid zabit Səid Rəşidzadənin şəhadətə yüksəldiyi günün bir ili tamam oldu. O, aprel döyüşlərindən sonra ordudan təxris olunsa da general Polad Həşimovun ölümü vaxtilə onunla çiyin-çiyinə döyüşmüş Səidə çox təsir etmişdi, qisas hissi ilə alışıb- yanırdı. Bu səbəbdən də Səid 2- ci Qarabağ savaşı başlıyan gün könüllü hərbi komissarlığa gedərək apreldə elə döyüşün özü kimi yarımçıq qalmış arzusunu və şəhid komandiri Həşimovun qisasın almaq istəyini bildirir. Cəbhənin Füzuli istiqamətində düşmənlə ağır döyüşlərdə şəxsi sücaəti ilə seçilən Rəşidzadənin bir istəyi də 1-ci Qarabağ savaşında o vaxt Füzulinin icra başçısı işləmiş atasının yarımçıq qalmış arzusunu reallaşdırmaq-Hadrutun strateji baxımdan ən yüksək zirvəsinə Azərbaycan bayrağını sancmaq idi. Məhz bu istək idi onu daima öndə getməyə sövq edən.
Qəhraman döyüşçülərimiz həmin hündürlüyü alsa da, orda dalğalanan bayrağın sevincini yaşamaq Səidə qismət olmur. O, özü ilə gəzdirdiyi bayrağı zirvəyə taxdığı an düşmən snayperindən açılan atəşlə şəhid olur-bir əvvəl bu gün.
Məlumat üçün deyək ki, şəhid Səid Rəşidzadə 1992-93-cü illərdə Füzuli rayon icra hakimiyyətinin başçısı olmuş, Nofəl Qasımovun oğludur. Bu o Nofəldir ki, icra başçısı olduğu halda əldə silah erməni işğalçılarına qarşı vuruşub.
Şəhid (lər) imizə Allahdan rəhmət diləyirik!
Səma