İranın xarici işlər nazirinin səfəri gözlənilir

İranın xarici işlər nazirinin səfəri gözlənilir
 

Paralel.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan və Azərbaycana səfər edəcək. “Armenpress” bu barədə “Mehrnews” agentliyinə istinadən xəbər verir: “İran xarici işlər naziri Rusiya telekanalına verdiyi müsahibədə bu səfərlə bağlı danışıb. O deyib ki, qonşularımızı, o cümlədən şimaldakıları diqqət mərkəzində saxlamaq yeni İran hökumətinin xarici siyasət prioritetlərindən biridir. Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan İranın yaxşı qonşularıdır, ona görə də onların heç birinə qarşı işləyə bilmərik”.

“İranın xarici siyasəti balanslıdır ”deyən xarici ilər nazirinin əlverişli vaxtda Ermənistana və Azərbaycana səfər edəcəyi bildirilib.

Nigar

0.03011417388916