Ermənilər yenə də öz məsləklərinə sədaqət nümayiş etdirir
Paralel.az xəbər verir ki, İrəvanda beynəlxalq mütəxəssislərin iştirakı ilə müzakirələr aparılır. Erməni mətbuatının yayımladığı məlumatda deyilir: “Bu müzakirələrdə Artsaxın tarixi və mədəni irsi müzakirə olunur. Matenadaran Qədim Əlyazmalar İnstitutunda Ermənistan Milli Memarlıq və İnşaat Universitetinin 100 illik yubileyi ilə bağlı “Tarixi və Mədəni İrsin Mühafizəsi Dövlətlər Arasında Effektiv Dialoq Vasitəsi Olaraq” adlı beynəlxalq konfrans keçirilir. Rusiya, Qazaxıstan, Belçika, İtaliya, İspaniya, Fransa, Almaniya, Gürcüstan, Ermənistanın aparıcı mütəxəssisləri Artsaxın tarixi və mədəni irsi ilə bağlı məruzələr edəcəklər”.
Nigar