Keçmiş müdafiə nazirinin vəkilləri açıqlama yayıb

Keçmiş müdafiə nazirinin vəkilləri açıqlama yayıb
 

Paralel.az xəbər verir ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın vəkillər qrupu açıqlama yayıb. Xəbərdə deyilir: “David Tonoyan ona qarşı irəli sürülən ittihamı heç bir halda qəbul etmir. Çünki onu etmədiyi bir hərəkətdə günahlandırırlar. O, nazir vəzifəsindən azad ediləndən sonra dövlət sirlərini, Ermənistanın milli təhlükəsizlik maraqlarını və dövlətlərarası münasibətləri nəzərə alaraq şərh verməkdən çəkinib. Tonoyan bu gün də bu maraqları şəxsi mənafelərindən üstün tutur və çoxlu məlumatlara sahib olaraq ictimai məkanda özünü qorumaq üçün istifadə etmir.Tonoyan əmindir ki, xüsusi peşə bilikləri olan şəxslərin keçirdikləri imtahanın nəticələrində Ermənistan Silahlı Qüvvələri üçün

“keyfiyyətsiz” və “texniki olmayan standartlar”, silah və sursat iddialarına əsaslandırılmış və obyektiv cavab veriləcək. O, ədalət, günahsızlığı və nüfuzunun bərpası uğrunda mübarizə aparacaq”.

Nigar

0.024055957794189