"Ermənistan Avropada üç deputatı həbsdə olan yeganə ölkədir"
Paralel.az xəbər verir ki, Ermənistan parlamentində bu gün yenidən siyasi məhbuslar məsələsi qaldırılıb.
Belə ki, Ermənistan parlamentinin müxalifət fraksiyasının deputatı Aram Vardevanyan parlamentin bu günki sessiyasında deyib ki, Ermənistan Avropada üç müxalif deputatın qanunsuz həbs edildiyi yeganə ölkəsidir, özü də Milli Məclisin razılığı olmadan: "Amma ABŞ səfiri, Avropa Birliyinin ölkəmizdəki diplomatları qətiyyətli sükutu davam etdirirlər.
ABŞ-ın Ermənistandakı səfiri 9 il əvvəl müxalif deputat Vardan Oskanyanın həmin vaxt cinayət təqibi haqqında danışırdı. Ölkənin "daxili işi" ifadəsi səfiri utandırmırdı”.
Akif Nəsirli