Keçmiş müdafiə nazirindən müharibə təhlükəsi açıqlaması
Paralel.az xəbər verir ki, keçmiş müdafiə naziri, müxalif “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan bu gün bir sıra açıqlamalar verib: “Bölgədə əsasən Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıqdan irəli gələn müəyyən təhdidlər var. Ermənistan hakimiyyətinin bu təhdidləri düzgün təhlil olunmayıb. Düşünürəm ki, İranı hərbi təlimlər keçirməyə məcbur edən bu tandemin formatıdır. Onlar sərhədləri daxilində təhlükəsizliyi təmin etməyi hədəfləyirlər. Real qiymətləndirmə aparmaq, mümkün hərbi əməliyyatların başlanğıcı haqqında nəticə çıxarmaq üçün Təhlükəsizlik Şurası, Müdafiə Nazirliyi və Baş Qərargahın əlində olan məlumatlara tam sahib olmaq lazımdır. Müharibə təhlükəsi həmişə
var. Amma yaxın gələcəkdə, indiki vəziyyətdə bunun real olduğunu düşünmürəm”.
Nigar