Xosrov Arutyunyan: “Müharibə bitməyib”
Paralel.az xəbər verir ki, Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan bölgədə yeni qüvvələr konfiqurasiyasının formalaşdırılmasını iddia edib: “Təkcə Ermənistan və Dağlıq Qarabağ deyil, Azərbaycan və Türkiyə də keçənilki müharibənin nəticələrindən narazıdır. Ermənistan bir sıra xarici təhdidlərlə üzləşib. Bunu baş nazir də bildirib. Ona görə, bildirməliyik ki, müharibə bitməyib, davam edir. Təbii ki, münaqişə yeni formada davam edir. Lakin düşmənin məqsədi regionda yeni geosiyasi konfiqurasiya formalaşdırmaqdır. Türkiyə müharibədən gözlədiyini ala bilmədi. Bu ölkə əslində Azərbaycanın bütün hərbi hərəkətlərinə rəhbərlik etdi, lakin üçtərəfli bəyanat onun iştirakı olmadan qəbul edildi. Bu gün İranın da nəticələrdən məmnun olmadığı
göz qabağındadır. Müharibədən sonra rəsmi Tehran Bakını “ərazi bütövlüyünün bərpası” münasibətilə təbrik etməyə tələsdi. Lakin bu gün fəal şəkildə onun təhlükəsizliyi ilə bağlı suallar qaldırır. Azərbaycanın Goris-Kapan avtomobil yolundakı hərəkətləri açıq şəkildə İran yük daşıyıcılarını ya Türkiyə ərazisindən, ya da Azərbaycan ərazisindən keçməyə məcbur etmək məqsədi daşıyır. 3 + 3 formatına gəlincə, bu, qərb ölkələrini bölgədən sıxışdırmaq cəhdidir. Bu vəziyyətdə Ermənistanın maraqlarına uyğun olmayan Rusiya, İran və Türkiyədən başqa əsas oyunçular qalacaq”.
Nigar