Paşinyan: “44 günlük müharibə barədə emosiyalara deyil, faktlara əsaslanmalıyıq”

Paşinyan: “44 günlük müharibə barədə emosiyalara deyil, faktlara əsaslanmalıyıq”
 

Paralel.az xəbər verir ki, baş nazir Nikol Paşinyan İstintaq Komitəsində keçirilən iclasda 44 günlük müharibənin qiymətləndirilməsinin emosiyalara deyil, faktlara əsaslanmalı olduğunu söyləyib: “Cəmiyyətimizin 44 günlük müharibənin şərtləri ilə bağlı suallara tam cavab almasını vacib hesab edirəm. Təbii ki, onlar təkcə İstintaq Komitəsindən gözlənilməməlidir. Düşünürəm ki, MŞ-nin müvafiq komissiyası bu məsələni həll edəcək. Cəmiyyətimizin və qurbanların ailələrinin faktlara əsaslanaraq cavab alması üçün müharibənin şərtlərinin araşdırılmasını vacib hesab edirəm. İstintaq Komitəsi heç vaxt siyasi proseslərə müdaxilə etməyib və dövlət qurumlarının normal fəaliyyətini təmin edib”. İstintaq Komitəsinin

sədri Argişti Kyaramyan isə müstəntiqlərin hərbi əməliyyatlarla əlaqədar başlanan prosesdə həddən artıq yüklənmə şəraitində işlədiyini qeyd edib. Xəbərə görə, Ermənistan parlamentində müharibəni araşdırmaq üçün müvəqqəti deputat komissiyasının yaradılması məsələsi müzakirə olunur.

Nigar

0.021736145019531