Baş nazir Saakaşvilinin dövlət çevirilişi planladığını açıqladı

Baş nazir Saakaşvilinin dövlət çevirilişi planladığını açıqladı
 

"Saakaşvilinin Gürcüstana həbsxanaya girmək niyyəti ilə deyil, dövlət çevirilişi etmək ümidi ilə gəlməsi ehtimalı var".
Paralel.az 24News.ge-yə istinadən xəbər verir ki, bu sözləri baş nazir İrakli Qaribaşvili, Mixeil Saakaşvili barədə ictimaiyyətə yazdığı açıq məktubda qeyd edib. Onun sözlərinə görə, Saakaşvili əgər həbsə düşmək istəsəydi, onda oğru və qanun pozan kimi yox, kişi kimi sərhəddən keçərdi və həbsə düşərdi: “Mixeil Saakaşvilinin qəsdən həbsxanaya düşməsi və bunu əvvəlcədən planlaşdırdığı versiyasını absurd hesab edirəm. O əgər bunu istəsəydi, onda oğru və qanun pozan kimi yox, kişi kimi sərhəddən keçərdi və həbsə düşərdi. Bununla o, ona qarşı cinayət işlərinin hazırlanması və siyasi həbs haqqında öz mesajını gücləndirəcəkdi. Məntiqsiz qərarların günahını narkotikdə görmək də məncə absurddur. İnsan nə qədər narkotikə bağlı olsa da, məntiqsiz bir addım atmaq üçün hər zaman kifayət qədər vaxtı olur. ​Buna görə də ən məntiqli versiya budur ki, Saakaşvili Gürcüstana həbsxanaya girmək niyyəti ilə deyil, dövlət çevrilişi etmək ümidi ilə gəlib. Mən ictimaiyyətə demək istərdim ki, Saakaşvilinin inqilabi niyyətləri bütün hallarda uğursuzluğa məhkumdur". Baş nazir həmçinin deyib ki, Saakaşvili 2003-cü ildəki hakimiyyətlə indiki hakimiyyəti səf salıb: "Milli Hərəkat 2003-cü ilin tənəzzülə uğramış dövləti əvəzinə indi güclü dövlət qurumları ilə qarşılaşdı, elə bildilər 2003-cü ildə olduğu kimi indi də çevriliş planını asanlıqla həyata keçirə biləcəklər, ancaq öz yalanlarının qurbanı oldular", - deyə İ. Qaribaşvili bildirib.
Akif Nəsirli

0.069998979568481