İran təyyarələri yararsızdır!

İran təyyarələri yararsızdır!
 

İranın sərnişin daşıyan təyarələrinin 70%-i yararsızdır.

Paralel.az xəbər verir ki, blu barədə İran Parlamentinin rəyasət heyətinin üzvü məlumat verib.

İran parlamentinin rəyasət heyətinin üzvü Müctəba Yusifi mətbuata verdiyi açıqlamada ölkənin sərnişin daşıma təyarələrinin 70%-nin yararsız vəziyyətdə olduğunu və istifadəyə yaramadığını açıqlayıb.

O, bildirib ki, İranda mövcud olan 350 təyyarəsindən yalnız 100 təyyarəsi istifadə olunur və sərnişin daşımalarında çətinliklər yaşanır.

Yusifi sanksiyalar səbəbindən təyyarələrin ehtiyat hissələrinin əldə edilə bilməməsi ucbatından hal-hazırda 250 sərnişin uçağının sıradan çıxdığını deyib.
Akif Nəsirli

0.016560077667236