Vətəndaşlar qiymətlərin qaldırılmasına əsaslı cavab tələb edirlər

Vətəndaşlar qiymətlərin qaldırılmasına əsaslı cavab tələb edirlər
 

Paytaxtda meyvə-tərəvəzin qiymətinin qaldırılması digər gündəlik ərzaq tələbatı məhsullarından da yan ötməyib. İri və orta, hətta kiçik məhəlli marketlərdə də gündəlik qiymət artımı müşahidə edilir. Bu gün istənilən məhsulu sabah artıq 30-50 qəpik, bəzən hətta bir manat artımla görmək mümkündür. Bizimlə əlaqə saxlayan vətəndaşlar bu məsələnin rəsmi səviyyədə izahını tələb edirlər: “Biz donmuş həddə qalan əməkhaqqımızla müqayisədə, gündəlik artan qiymətlərin arasında qalmışıq. Sadə bir misal çəkim, əvvəllər 2.45-ə, sonra 2.85-ə aldığım “Uzun ömür” qatıq məhsulunun qiyməti bu gün 3.20 olub. Yeni Zelandiya istehsalı olan yağın qiymətində də ciddi artım var. Mən özüm neçə gündür marketləri gəzib-dolanıram,

bu yağın qiyməti hər marketdə fərqlidir. “Ankor” yağının qiymətində bir manatadək, hətta ondan da çox artım var. Satıcılar bununla bağlı heç nə demirlər, israrlı və haqlı sualımıza cavab verən də yoxdur. Onu da deyim ki, iri marketlərdəki qiymət artımı kiçik marketlərə də təsir edib, qiymətlər qaldırılan kimi, bu, avtomatik olaraq hamısına təsir edir. Bunun səbəbi nədir, bizə bir məlumat, əsaslandırıcı cavab verən olacaqmı?”.

Nigar

0.043941020965576