Voskanyandan iddia: “Ermənistan hakimiyyəti “Zəngəzur dəhlizi”nin olmayacağını dəfələrlə bəyan edib”
Paralel.az xəbər verir ki, erməni mətbuatı ekspert Vardan Voskanyanın İranla bağlı fikirlərini dərc edib. Xəbərdə deyilir: “İranın yol və şəhərsalma naziri Rostam Qaseminin son tvitinə əsasən, İran mallarının Ermənistan ərazisindən daşınmasını təşkil etmək üçün bir həll tapılıb. Yaxın gələcəkdə regional tranzit kartları tamamilə dəyişdiriləcək. İranın Avropa dənizinə çıxışını təmin edəcək “Qafqaz dəhlizi” ifadəsini işlətməsini əlamətdar hesab edirəm. Azərbaycan və Türkiyə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək, Syunik bölgəsində (İranla həmsərhəd) Ermənistan ərazisindən keçəcək bir “Zəngəzur dəhlizi” yaratmaq istəyir. Orada avtomobil və dəmir yolu çəkilməsi planlaşdırılır. Bununla belə, Ermənistan hakimiyyəti dəfələrlə
“Zəngəzur Dəhlizi” yaratmaq planının olmadığını və ola bilməyəcəyini bəyan edib”.
Nigar