Belçikada eko-qəbristanlıq açılır
Paralel.az xəbər verir ki, Belçikada dünyanın ilk eko-qəbristanlığı açılır. Xəbərə görə, bu elə bir qəbristanlıqdır ki, ölüləri yalnız bioloji olaraq parçalanan tabutlarda dəfn edə bilərlər. Qeyri-adi olan kilsə həyətində mərhumlara məzar daşlarının qoyulması, ora yolların çəkilməsi, masaların qoyulması qadağandır. Ölülər isə yalnız təkrar emal olunmuş materiallardan hazırlanan, bioloji parçalanan tabutlarda basdırıla bilərlər. Xəbərdə deyilir ki, yeni qəbiristanlıq 600 yer tutumuna malikdir. Orada torpaq sahələri də satılmır, yalnız 25 illiyə icarəyə verilir. Layihə yaradıcılarının hesablamalarına görə, insan bədəninin təbiətin bir hissəsinə çevrilməsi üçün elə bu qədər vaxt lazımdır. Həmin ərazidəki skamyalar və bütün əşyalar kəsilmiş ağaclardan və kötüklərdən hazırlanıb. Bununla da, insanın öləndən sonra
torpağa qarışaraq, təbiətin bir elementinə çevrilməsini demək istəyirlər.
Nigar