Rusiya Müsəlmanları Ruhani Məclisi BMT-də sosial-iqtisadi təyinatlı xüsusi məsləhətçi statusu alıb

Rusiya Müsəlmanları Ruhani Məclisi BMT-də sosial-iqtisadi təyinatlı xüsusi məsləhətçi statusu alıb
 

Paralel.az xəbər verir ki, Rusiya Müsəlmanları Ruhani Məclisi BMT İqtisadi və Sosial Şurası (ECOSOC) ilə xüsusi məsləhətçi statusu alıb. Xəbərə görə, kifayət qədər vəsaiti olmayan ölkələrdə himayədən məhrum uşaqlara, xəstəliyi olanlara dərman verilməsi məsələsini BMT səviyyəsində qaldırmaq mümkün olacaq.

Qeyd edilib ki, ECOSOC ilə məsləhətçi statusu qeyri-hökumət təşkilatlarına BMT-nin insan hüquqları problemləri ilə məşğul olan bir çox köməkçi orqanları və strukturları ilə qarşılıqlı əlaqə qurmaq imkanı verir. QHT-lər də Baş Məclisin sədrinin təşkil etdiyi xüsusi tədbirlərdən istifadə edə bilərlər. ECOSOC BMT-nin və sistemdəki təşkilatların sosial-iqtisadi fəaliyyətini əlaqələndirməkdən məsul olan əsas orqandır. O, davamlı inkişafın hər üç

ölçüsünün - iqtisadi, sosial və ekoloji cəhətdən inkişaf etdirmək səylərinin mərkəzindədir. Şuranın funksiyaları arasında beynəlxalq sosial-iqtisadi problemlərin həllinə kömək və insan sağlamlığının qorunması, mədəniyyət və təhsil sahəsində beynəlxalq əməkdaşlıq var.

Nigar

0.026912212371826