Paşinyan etiraflar edir
Paralel.az xəbər verir ki, baş nazir Nikol Paşinyan hələ 2018-ci ildə Qarabağla bağlı danışıqlar prosesinin detallarıyla bağlı etiraflar edib: “Mən hələ 2018-ci ildə Qarabağla bağlı danışıqlar prosesinin məzmununu yaxşı açıqlaya bilərdim. Onların bizi 7 bölgəni Azərbaycana qaytarmaq məcburiyyətində qaldığımız yerə çatdıqlarını bildirə bilərdim. Azərbaycanlılar Dağlıq Qarabağın digər yaşayış məntəqələrinə olduğu kimi, Şuşaya da qayıtmalı idilər. Bunu niyə etmədim? Çünki danışıqlar prosesinin məzmununun açıqlanması beynəlxalq qalmaqala və onsuz da gərgin vəziyyətin daha da gərginləşməsinə səbəb olardı. Həm də belə bir təəssürat yarana bilərdi ki, mübarizədən ən qısa zamanda imtina etmək üçün bir bəhanə axtarıram. Vəziyyətin bu cür inkişafında isə nəticə daha da acınacaqlı ola bilərdi”.
Nigar