Poqosyan: “Hava məkanı açıq idisə, niyə bir mülki təyyarə də uçmadı?”

Poqosyan: “Hava məkanı açıq idisə, niyə bir mülki təyyarə də uçmadı?”
 

Paralel.az erməni mətbuatına istinadən xəbər verir ki, Tevan Poqosyan hökumətinə bir sıra suallar ünvanlayıb. Poqosyan hökumətin yaydığı məlum bəyanatla bağlı deyib ki, Azərbaycanın hava məkanı Ermənistan üçün bağlanmadığı kimi, Ermənistanın da hava məkanı Azərbaycana heç vaxt bağlanmayıb və 2014-cü ildən bəri Azərbaycan özü bu ərazidən istifadə etməkdən imtina edib: “Əgər Azərbaycanın hava məkanı heç vaxt Ermənistanın mülki aviasiyası üçün bağlanmamışdısa, onda nə problem var idi ki, heç bir erməni mülki təyyarəsi Artsaxa uçmadı? Artsax bunu qadağan etdi, yoxsa Azərbaycan Artsaxı özününkü saymadı və məsuliyyət daşımadı? Bəs indi niyə ora uçmurlar, rus sülhməramlıları müdaxilə edir, yoxsa Tex kəndindən sonra başqa bir şey də

var? Hər şey aydındır, amma bir şey yazmadan əvvəl nəticənin nə olacağını yaxşı düşünün”.

Nigar

0.016983032226562