İran prezidenti qonşuluq siyasətindən danışdı

İran prezidenti qonşuluq siyasətindən danışdı
 

Paralel.az xəbər verir ki, İran İslam Respublikasının prezidenti Dr. Seyid İbrahim Rəisi ötən gün qonşuluq siyasətinin İran İslam Respublikası üçün həmişə əsas olduğunu qeyd edərək, demişdir : "Qonşuluq siyasəti xoş niyyət, mehriban qonşuluq və konstruktiv əməkdaşlıq ruhuna bağlıdır".
O, konstruktiv əməkdaşlığı bölgədəki bütün xalqların  iqtisadi inkişafının və rifahının əsas amili hesab edərək, əlavə etdi ki, Qafqaz bölgəsi sıx əməkdaşlığın yaxşı bir nümunəsi olma potensialına malikdir.
Prezident regional təhlükəsizliyin əhəmiyyətini vurğulayaraq əlavə edib ki, regional təhlükəsizlik çoxtərəfli regiondaxili  mexanizmlər vasitəsi ilə təmin edilməlidir - şər və ambisiyalı ünsürlərin müdaxiləsi xalqların maraqlarının  ziyanınadır.
Akif Nəsirli

0.022400140762329