Minasyan: “Gələcək nəsillər bizi bağışlamayacaq”

Minasyan: “Gələcək nəsillər bizi bağışlamayacaq”
 

Paralel.az xəbər verir ki, Ermənistan Cümhuriyyət partiyasını təmsil edən Gagik Minasyan jurnalistlərə açıqlama verib. O deyib ki, indi 44 günlük müharibənin nəticələrinə yekun vurulur və İrəvanla Bakı arasında böyük bir sülh müqaviləsinin hazırlanması üzərində işlər tamamlanır. Onun sözlərinə görə, hansı müddəaların olacağı və Qarabağ məsələsinin həllinə onun necə təsir edəcəyi çox vacibdir: “Avropa Birliyi ölkələri ilə münaqişələrin xalqların öz müqəddəratını təyinetmə prinsipi də daxil olmaqla, üç tanınmış prinsip əsasında həll edilməsinin zəruriliyini bildirən müqavilələr imzalandı. Xalqların öz müqəddəratını təyinetmə prinsipinin ərazi bütövlüyü prinsipinə zidd olmadığını əsas götürməliyik. Bunu bir razılaşmaya

uyğunlaşdırmaq üçün yüksək bir subyektivliyə sahib olmalı, qarşı tərəflə bərabər səviyyədə danışmalısan. İkinci vacib problem Ermənistanla Azərbaycan arasındakı sərhəd məsələsi, üçüncüsü isə blokdan çıxarılma məsələsidir. Ermənistanın imkanları indiki hakimiyyətin fəaliyyəti nəticəsində xeyli zəifləyib. Ermənistan iqtisadi ilhaq təhlükəsi ilə üzləşə bilər. Türkiyə də ilkin şərtlərini irəli sürmək fürsətini əldən verməyəcək. Birincisi, Moskva və Qars müqavilələrinin ratifikasiyası, ikincisi isə erməni soyqırımının tanınması məsələsinin Ermənistanın xarici siyasətinin gündəmindən çıxarılması ilə bağlıdır”. Minasyan Ermənistanın mövcud hakimiyyət orqanlarının bütün bu problemləri həll edə biləcəyinə şübhə etdiyini deyib: “Mövcud rejimin getməsi həyati məsələdir. Ermənistanın ikinci və üçüncü prezidentləri küçə davasına hazır olduqlarını ifadə edərək, cəmiyyətin bir hissəsinin buna ideoloji cəhətdən hazır olmasını deyirlər.

Dövlətçiliyimizin geridönməz itkilərlə üzləşə biləcəyini ictimaiyyətə çatdırmaq lazımdır. Ermənistan öz subyektivliyini itirir. Bu onun suveren bir dövlət olaraq mövcudluğunu dayandırmasına səbəb ola bilər. Gələcək nəsillər bizi bağışlamayacaq”.

Nigar

0.019956111907959