Rəsmi Ermənistandan sərhədlə bağlı açıqlama

Rəsmi Ermənistandan sərhədlə bağlı açıqlama
 

Paralel.az xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan sərhədin delimitasiyası və demarkasiyası prosesinin təşkiliylə bağlı açıqlama verib. Xəbərə görə, müxalif “Hayastan” fraksiyasından olan deputat Artur Xaçatryan soruşub ki, Ermənistan sərhədin delimitasiyası və demarkasiyası çərçivəsində Şuşa, Hadrut və “Şaumyan”dan qoşunlarının çıxarılmasını Azərbaycandan tələb edəcəkmi? Nazir müavini isə cavab verib ki, istər hazırlıq mərhələsində, istərsə də sərhədin delimitasiyası və demarkasiyası prosesində xəritələr vacib deyil: “Hüquqi əsasları tam və hərtərəfli araşdırandan sonra hansı xəritənin sxematik olaraq, prosesin təşkili üçün əsas olacağı bəlli olacaq. Eyni zamanda, hər iki tərəfin razılaşması əsasında, xəritələrin tərtib edildiyi sənədlərin müəyyən edilməsi və

diqqətlə öyrənilməsi vacibdir”. Erməni mətbuatı xatırladır ki, baş nazir N.Paşinyan Ermənistanın Azərbaycanla sərhədi demarkasiya və delimitasiya etməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Nigar

0.019476890563965