Təqvimdə bayram günlərinin adı dəyişdirildi

Təqvimdə bayram günlərinin adı dəyişdirildi
 

Paralel.az xəbər verir ki, bundan sonra mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası Günü elan ediləcək.

Eyni zamanda, Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Yəni 28 May Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir.
Qeyd edək ki, indiyə qədər hər iki gün təqvimdə bayram kimi qeyd edilirdi. Lakin 18 oktyabr Müstəqilliyin Bərpası Günü təqvimdə bayram kimi göstərilsə də qeyri-iş günü deyildi.
Hər halda necə adlandırılmasından asılı olmayaraq Azərbaycan Respublikasının müstəqillik qazandığı gün 18 oktyabr 1991-ci il tarixidir.
Akif Nəsirli

0.033427953720093