Xameneinin Azərbaycandakı nümayəndəsinin ofisi bağlandı
Paralel.az xəbər verir ki, İranın Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın Bakıda fəaliyyət göstərən ofisi və ofisin yerləşdiyi Hüseyniyyə məscidi bağlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov:
"Təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb. Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür."
Akif Nəsirli