Erməni deputatlar təlaş içindədirlər

Erməni deputatlar təlaş içindədirlər
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı “Ermənistanın Syunik bölgəsində heç bir müsbət dəyişikliyin olmadığını” yazıb. Bu barədə müxalif “Ermənistan” blokunun deputatı Anna Qriqoryan Milli Məclisin 5 oktyabr iclasında deyib. Deputat iddia edib ki, vəziyyəti daha da ağırlaşdırmağa yönəlmiş tamamilə əks proses baş verib: “Bu gün azərbaycanlılar orada genişmiqyaslı tikinti işləri aparırlar. Orada nələr tikdiklərini bilən varmı və bu tikinti işləri həmvətənlərimiz üçün hansı yeni təhdidlər yarada bilər? Ölkənin öz təhlükəsizliyini təmin etmək baxımından çətinliklərlə üzləşdiyi bir vaxtda, parlamentin prioritet vəzifəsi “Vergi Məcəlləsi” və ya “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri müzakirə etmək olmamalıdır”.

Nigar

0.027107000350952