Azərbaycan nefti son 3 ilin rekordunu yenilədi
Paralel.az xəbər verir ki, ABŞ-ın dünya bazarında xam neftin qiymətlərinin ucuzlaşdırılması ilə bağlı cəhdləri hələlik nəticə vermir. Dünya bazarında neftin bahalaşması davam edir.
Belə bir şəraitdə Azərbaycan neftinin 1 barelinin qiyməti 3,08 ABŞ dolları və ya 3,83 faiz artaraq 83,56 dollar təşkil edib.
Bu yanvar-sentyabr ayları ilə müqayisədə 25,09 dollar və ya 58,1 faiz çoxdur.
Akif Nəsirli