Azərbaycanda sosial şəbəkələr və banklar iflic durumda
Paralel.az xəbər verir ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bir çox banklar vasitəsilə heç bir əməliyyat aparmaq olmur.
Əsasən da "MilliÖn" və "EManat" kimi ödəniş vasitələrin fəaliyyətini dayandırıb.
Bununla yanaşı Azərbaycanda Facebook, Instagram və WhatsApp sosial şəbəkələrinin işində problem yaranıb.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyır.
Bəzi internet mütəxəssislərinin fikrincə, bu Azərbaycan internet məkanına xaker hücumu ilə də əlaqədar ola bilər.
Akif Nəsirli